Mahir Emreli koronavirusa yoluxdu

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. 

Bununla bağlı AFFA məlumat yayıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya – Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Serbiya – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Источник: oxu.az

Оцените статью
Azərbaycan