75 illik ömrünün 60 ilini torpağa həsr edən Sevil Osmanova – VİDEO

75 illik ömrünün 60 ilini torpağa sərf edən Sevil Osmanova uşaqlıq illərindən əməyə, zəhmətə alışıb.

Hələ orta məktəbdə oxuyarkən dərsdən sonra pambıq sahəsinə gedər və pambıqçılara kömək edər, eyni zamanda onlardan pambıqçılığın sirlərini öyrənməyə can atardı. 

İllər ötdükcə aqrar sahəni daha da yaxından mənimsəyən Sevil xanım burada da xeyli uğur qazanıb və zamanla Respublika səviyyəsində sayılıb-seçilən fermerlərdən olub. 

Prezident İlham Əliyev də bölgələrə səfəri çərçivəsində Kürdəmirdə sakinlərlə görüşərkən Sevil Osmanova ilə həmsöhbət olub. Dövlət başçısının sərəncamı ilə qəhrəman xanım “Tərəqqi” medalı və “Əmək qəhrəmanı” ordeni ilə təltif edilib. Bundan başqa, o, “Cümhuriyyətimizin yüzilliyi” medalına da layiq görülüb. 

S.Osmanova hazırda 75 yaşı olmasına baxmayaraq, yenə də mütəmadi olaraq pambıq sahələrinə baş çəkir, öz tapşırıq və tövsiyələrini gənc fermerlərlə bölüşür.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Источник: oxu.az

Оцените статью
Azərbaycan