Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var – FOTO

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, prospektdə “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Источник: oxu.az

Оцените статью
Azərbaycan