Ceyhun Bayramovdan Gəncə terroru ilə bağlı paylaşım – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib.

C.Bayramov “Twitter” səhəfəsində yazıb ki, insanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır.

“Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Gəncənin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bu gün #Azərbaycan|ın ikinci böyük şəhəri #Gəncə|nin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür.

İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır.
Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik. pic.twitter.com/cNg77P5pqU

— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 11, 2021

 

Источник: oxu.az

Оцените статью
Azərbaycan