Azərbaycanda 87 yaşlı kişi müəmmalı şəkildə öldü

Abşeron rayonunda kişi meyiti aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri V.Xəlilov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 87 yaşlı İmanqulu Hacıyevin meyiti həyətdən tapılıb.

Əvvəlcə onun yıxılaraq öldüyü ehtimal edilib. Lakin meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Источник: oxu.az

Оцените статью
Azərbaycan