Azərbaycanda qadın üç nəfərlə birləşib öz evini soydu

Qazax Rayon Polis Şöbəsinə Canallı kəndindəki evlərin birində dörd nəfərin H.Bayramova zor tətbiq edərək 9 400 ABŞ dollarını alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K.Əhmədov, R.Nəsibov və R.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla ev sahibəsi T.Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilib və o da saxlanılıb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Источник: oxu.az

Оцените статью
Azərbaycan