Milli Məclisin deputatından oğurluq olub – FOTO

Milli Məclisin deputatından oğurluq olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.

Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.

E.Mirbəşiroğlu Oxu.Az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:

“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Источник: oxu.az

Оцените статью
Azərbaycan