Sumqayıtda idmançını qətlə yetirən ata və oğula AĞIR CƏZA

Sumqayıt sakininin qətlində təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava düşüb.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Hadisənin söyüş üstündə olduğu bildirilir.

Onu da qeyd edək ki, qətlə yetirilən Rasif Həbibov idmançı olub.

Источник: oxu.az

Оцените статью
Azərbaycan