Sumqayıtda qadın özünü dənizə atıb

Sumqayıtda qadın intihara cəhd edib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də saat 14:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən dənizkənarı parkda qadın qəfil özünü dənizə atıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin qadın sudan çıxarılaraq xilas edilib.

Araşdırmalarla onun şəhər sakini A.Ramazanova olması müəyyən edilib.

Источник: oxu.az

Оцените статью