İngiltərə Andorranı, Polşa San Marinonu darmadağın etdi – YENİLƏNİB+VİDEO

DÇ-2022-nin seçmə mərhələsində VII tura yekun vurulub.

Daha yeddi qarşılaşma baş tutub. 

Azərbaycan millisinin yer aldığı A qrupunda Lüksemburq Serbiyanı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. 

C qrupunda İsveçrə Şimali İrlandiyanı 2:0 hesabı ilə üstələyib. 

Avstriya səfərdə Farer adalarını 2:0 hesabı ilə yenibsə, F qrupunun digər matçında Danimarka Moldovanın qapısından 4 cavabsız qol keçirib.  

I qrupunda Polşa San Marinonu, İngiltərə isə Andorranı 5:0 hesabı ilə darmadağın edib. 

DÇ-2022, seçmə mərhələ
VII tur

A qrupu

Lüksemburq – Serbiya – 0:1 
Qol:
 Duşan Vlahoviç, 68

C qrupu

İsveçrə – Şimali İrlandiya – 2:0 
Qollar:
Steven Zuber, 45+3. Kristian Fassnacht, 90+1

F qrupu

Farer adaları – Avstriya – 0:2 
Qollar:
Konrad Laymer, 26. Marsel Sabitser, 48

Moldova – Danimarka – 0:4 
Qollar:
Skov Olsen, 23. Simon Kyaer, 34 (p), Kristian Nerqor, 39. Yoakim Mehle, 44

I qrupu

Macarıstan – Albaniya – 0:1 
Qol:
Armando Broya, 80

Polşa – San Marino – 5:0 
Qollar:
 Karol Sviderski, 10, Kristian Brolli, 20 (avtoqol). Tomaş Kedziora, 50. Adam Buksa. Kşiştof Pyontek, 90+1 

Andorra – İngiltərə – 0:5 
Qollar:
 Ben Çiluell, 17. Bukayo Saka, 40. Temmi Abraham, 59. Ceyms Uord-Prouz, 79. Cek Qriliş, 86

23:35

DÇ-2022-nin seçmə mərhələsində VII turun oyunları davam edir.

İkinci oyun günündə ilk olaraq yeddi qarşılaşma gerçəkləşib.

Azərbaycan millisi Bakıda İrlandiya yığmasına 0:3 hesabı ilə uduzub.

B qrupunda İsveç Kosovonu üç, Yunanıstan isə Gürcüstanı iki cavabsız qolla üstələyib.

Litva Bolqarıstanı 3:1 hesabı ilə məğlub edərək C qrupunda ilk qələbəsini qazanıb.

D qrupunda Bosniya və Herseqovina səfərdə Qazaxıstana 2:0, Ukrayna isə Finlandiyaya 2:1 hesabı ilə qalib gəlib.

Şotlandiya F qrupunda İsraildən güclü olub – 3:2.

DÇ-2022, seçmə mərhələ
VII tur
9 oktyabr

A qrupu

Azərbaycan – İrlandiya – 0:3
Qollar:
Kallum Robinson, 7. 39. Çidozi Oqbene, 90

22:45. Lüksemburq – Serbiya

B qrupu

İsveç – Kosovo – 3:0
Qollar:
Emil Forsberq, 29 (p). Aleksander İsak, 62. Robin Quaison, 79

Gürcüstan – Yunanıstan – 0:2
Qollar:
Tasos Bakasetas, 90. Dmitris Pelkas, 90+5.

C qrupu

Litva – Bolqarıstan – 3:1
Qollar:
Yustas Lasitskas, 18. Fedor Tsernıx, 82.84 – Kiril Despodov, 64

22:45. İsveçrə – Şimali İrlandiya

D qrupu

Qazaxıstan – Bosniya və Herseqovina – 0:2
Qollar:
Smail Prevlyak, 25; 66

Finlandiya – Ukrayna – 1:2
Qollar:
Teemu Pukki, 29 – Andrey Yarmelonko, 4. Roman Yaremçuk, 34

F qrupu

Şotlandiya – İsrail – 3:2
Qollar:
Con Makqinn, 30. Lyndon Dykes, 57 – Eren Zahavi, 5. Manus Dabbur, 32

22:45. Farer adaları – Avstriya

22:45. Moldova – Danimarka

I qrupu

22:45. Macarıstan – Albaniya

22:45. Polşa – San Marino

22:45. Andorra – İngiltərə

Источник: oxu.az

Оцените статью
Azərbaycan