“Azəriqaz”ın “Səyyar qəbul otağ”ı Xəzər rayonunda quraşdırılacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

İstehsalat Birliyindən verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində (Mərasim evinin yanı) təşkil olunacaq.

Oktyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Источник: oxu.az

Оцените статью
Azərbaycan