Bakıda ucuz və lüks evlər neçəyədir? – QİYMƏTLƏR

Bakı şəhərində fərdi yaşayış və bağ evlərinin qiyməti artıb.

Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, sentyabr ayında paytaxtda fərdi və bağ evlərin kvadratmetrinə görə orta qiyməti 1 170 manat olub.

Bu, əvvəlki (avqust) ayı ilə müqayisədə 4,9 faiz az, 2020-ci ilin sentyabr ayı ilə (illik) müqayisədə 43,7 faiz çoxdur.

Fərdi yaşayış evlərinin orta qiyməti 129 484 manat olub. Bu aylıq müqayisədə 5,9 faiz az, illik müqayisədə 42,9 faiz çoxdur. 

Bakıda lüks evlərin kvadratmetrinə görə qiyməti 2 150 manat olub. Bu evlərin qiyməti aylıq müqayisədə 17,7 faiz, illik müqayisədə isə 38,1 faiz artıb.

Orta dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti isə 980 manat olub. Onların qiyməti aylıq müqayisədə sabit qalsa da, illik müqayisədə 0,6 faiz artıb. 

Aşağı dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti 514 manat olub. Qiymətlərdə aylıq müqayisədə bu, 27,2 faiz, illik müqayisədə isə 19,2 faiz azalma müşahidə edilir.

Sentyabr ayının göstəricilərinə görə, təkliflərin həcmində aylıq müqayisədə 12,1 faiz artıb, illik müqayisədə isə 47,4 faiz azalıb.

Nigar Məmmədova

Источник: oxu.az

Оцените статью
Azərbaycan