Şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxslə bağlı araşdırma başladı – FOTO

Sosial şəbəkələrdə bir nəfərin spirtli içki qəbul edərək şəhidləri təhqir etməsi və bir qrup şəxsin Şəhidlər xiyabanında ona diz çökdürərək üzr istətməsinin görüntüləri yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan həmin video görüntülərlə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

İlhamə Əbülfət

Источник: oxu.az

Оцените статью
Azərbaycan