Tovuzda avtomobil qəzası zamanı xəsarət alanın şəxsiyyəti məlum olub – YENİLƏNİB

Tovuz rayonunun Düz Qırıqlı kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanın şəxsiyyəti məlum olub.

“Report” xəbər verir ki, üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza zamanı nəqliyyat vasitələrindən biri Səriyə Musayevanı vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

22:32

Tovuzda piyadanının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, Tovuz rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Источник: oxu.az

Оцените статью
Azərbaycan