İvanka Tramp atasından sonra da siyasətdə qalacaq?

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı İvanka Tramp atasının prezidentlik müddəti bitdikdən sonra siyasi karyeraya başlaya bilər.

Bu barədə “Washington Post” Tramp ailəsinə yaxın mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, İvanka özünü hər hansı bir siyasi vəzifəyə namizəd göstərmək və ya Respublikaçılar Partiyasında təsirini gücləndirmək niyyətindədir.

Mənbə əlavə edib ki, ABŞ prezidentinin qızı Ağ Evdəki yer uğrunda yarışda iştirak edib-etməyəcəyi sualını cavabsız qoyub.

Nəşr vurğulayır ki, İvanka Tramp dörd ildir dövlət başçısının müşaviridir və son media açıqlamalarında atasının siyasətini dəstəkləyib.

Источник: az

Поделиться ссылкой:

Поделиться ссылкой:

Оцените статью
( Пока оценок нет )
Поделиться с друзьями
Новый Азербайджан
Добавить комментарий

%d такие блоггеры, как: