Çağla Şıkel şəxsi həyatından danışdı: “Kasıb biriylə…” – FOTO

Türkiyəli məşhur model və aparıcı Çağla Şıkel Kenan Doğulunun konsertinə gələnlər arasında olub.

42 yaşlı model münasibətləri barədə jurnalistlərin verdiyi sualları cavablandırıb.

“Həyatınızda kimsə varmı?” sualına Şıkel “Əgər biri olsaydı mən də istərdim ki, bir yerdə gələk, konsertdə musiqi dinləyək, amma indi yoxdur”, deyə cavab verib.

O bildirib ki, birlikdə olduğu şəxsin kasıb və ya zəngin olmasının onun üçün fərqi yoxdur:

“Allaha şükür mənim hər şeyim var. Kasıb biriylə də sevgili olaram”.

Bir zaman Kənan Doğulu ilə də eşq yaşadığı barədə söz-söhbəti gəzən məşhur jurnalistlərin bu mövzunu xatırlatmasından sonra sualları cavabsız qoyub.

Qeyd edək ki, Şıkel müğənni Emre Altuğla boşanandan sonra aktyor Kaan Yıldırımla sevgili olması ilə gündəmə gəlmişdi.

Mənbə: “A Haber”

Источник: oxu.az

Оцените статью
Azərbaycan