Koronavirusa yoluxmada ən uğursuz vaxt hansıdır?

Koronavirusa yoluxmada ən uğursuz vaxt payızdır.

Rusiyanın tanınmış infeksionist həkimi Yevgeni Timakov bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, payızda koronavirusdan başqa müxtəlif mövsümi virus infeksiyaları da olur.

“İlin bu vaxtında xəstələrdə bir neçə yoluxucu proses ardıcıl və ya birgə davam edir. Bu vəziyyət xüsusilə koronavirusa qarşı peyvənd olunmayanlar üçün təhlükəli ola bilər”, – deyə o əlavə edib.

Timakov həmçinin bildirib ki, vaksinasiya insanın təkcə COVID-19 xəstəsi ilə təmas zamanı COVİD-ə deyil, eyni zamanda bir neçə başqa virusa yoluxma təhlükəsini azaldır.

Mənbə: “RİA Novosti”

Источник: oxu.az

Оцените статью
Azərbaycan