Səxavət Nur ikinci dəfə evləndi – VİDEO

Aparıcı Səxavət Nur ikinci dəfə ailə həyatı qurub.

Bu barədə o, özünün “Instagram” hesabında video paylaşıb.

Belə ki, aparıcının toy mərasimi uzun müddətdir yaşadığı ABŞ-da baş tutub.

Bir çox məşhurlar, o cümlədən müğənnilər Səxavət Nurun paylaşımına şərh yazaraq onu ailə qurması münasibətilə təbrik ediblər.

Qeyd edək ki, aparıcı ikinci dəfədir ki, ailə həyatı qurur. Onun birinci evliliyindən bir oğlu var.

Источник: oxu.az

Оцените статью
Azərbaycan