Rusiyanın bir neçə naziri Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu Rusiya idarələrarası nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Lavrovdan əlavə, nümayəndə heyətinə, “Rospotrebnadzor”un  (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) başçısı Anna Popova, Rusiyanın səhiyyə naziri Mixail Muraşko və baş nazirin müavini Aleksey Overçuk da daxildir.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib.

Xatırladaq ki, Rusiya Federasiyasının idarələrarası nümayəndə heyəti Bakıya səfərdən əvvəl İrəvanda olub və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirib.

Источник: az

Поделиться ссылкой:

Поделиться ссылкой:

Оцените статью
( Пока оценок нет )
Новый Азербайджан
Добавить комментарий