Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilib.

İki dost ölkənin XİN rəhbərləri arasında görüş Belqradda baş tutub.

“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, – M. Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gün Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.

Can #Azerbaycan’ın Dışişleri Bakanı kardeşim @bayramov_jeyhun’la bu kez Belgrad’da biraraya geldik; ikili ilişkilerimiz ile 12 Kasım’da İstanbul’da yapılacak Türk Konseyi Zirvesi hazırlıklarını ele aldık. 🇹🇷🇦🇿@TurkicCouncil#TekMilletİkiDevlet pic.twitter.com/uFbK2DwGFt

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 11, 2021

 

Источник: oxu.az

Оцените статью
Azərbaycan