Əfqanıstanda fəaliyyət göstərən yeganə idman kanalı yayımını dayandırdı

Əfqanıstanda yeganə ixtisaslaşmış idman televiziya kanalı “3 sport” maliyyə problemləri səbəbindən fəaliyyətini tamamilə dayandırıb.

Telekanalın idarə heyətinin rəhbəri Şafikulla Səlim Poyya bildirib ki, kanalın öz fəaliyyətini dayandırması maliyyə problemlərindən əlavə, “Taliban” tərəfindən onlara qoyulan müəyyən qadağalarla əlaqədardır.

O əlavə edib ki, son vaxtlar hadisə baş verən yerə yollanan telekanalın reportyorları mütəmadi olaraq müxtəlif məhdudiyyətlərlə üzləşiblər.

Qeyd edək ki, “Taliban”ın siyasi hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda 150-dən çox kütləvi informasiya vasitəsi fəaliyyətini dayandırıb.

Mənbə: TOLO News

Источник: oxu.az

Оцените статью
Azərbaycan