Nigeriyada bazara girən silahlı quldurlar 20 nəfəri qətlə yetirdi

Nigeriyanın Sokoto ştatında 200 nəfərə yaxın silahlı şəxs bazara hücum edərək azı 20 nəfəri qətlə yetiriblər.

İnsident nəticəsində içərisində qadın və uşaqlardan ibarət çoxlu sayda yaralıların olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, quldurlar hücumu həyata keçirəndən sonra özləri ilə müxtəlif qida məhsulları aparıb, yaxınlıqdakı evləri yandırıblar.

Mənbə: “Vanguard” nəşri

Источник: oxu.az

Оцените статью
Azərbaycan