Norveçdə oxla beş nəfərin qətlə yetirilməsinin təfərrüatları açıqlanıb – FOTO

Norveç polisi Kunqsberq şəhərində oxla beş nəfəri öldürülməsi ilə bağlı təfərrüatları açıqlayıb.

Məlumata görə, şübhəli Danimarka vətəndaşıdır, lakin Kunqsberqdə yaşayır.

“Kunqsberqin mərkəzində beş adam öldürən və iki nəfəri yaralayan 37 yaşlı kişi saxlanılıb, ona qarşı ittiham irəli sürülüb”, – deyə hüquq-mühafizə orqanlarından əlavə edilib.

Xatırladaq ki, dünən naməlum şəxs şəhərin müxtəlif yerlərində oxla hücum həyata keçirib. Tək başına hərəkət edən cinayətkar beş nəfəri öldürüb, iki mülki geyimli polisi də yaralayıb.

Cinayətkarın hərəkətlərində terror hücumu versiyası istisna edilməyib.

Источник: oxu.az

Оцените статью
Azərbaycan