Pentaqon əməkdaşı məxfi məlumatı sendviç vasitəsi ilə ötürüb

ABŞ-ın atom sualtı qayıqları haqqında məlumatı məxfi yolla saxta agentə satmağa çalışan Pentaqon əməkdaşı Conatan Toebi bu məqsədlə sendviçdən istifadə edib.

Belə ki, özünü başqa ölkənin agenti kimi təqdim edən, əslində isə Federal Təhqiqat Bürosunun əməkdaşı olan şəxs mavi yaddaş qurğusunu iki dilim çörəyin arasına qoyulduğunu müşahidə edib.

Yaddaş qurğusunda “Virciniya” sualtı qayıqlarının konstruksiyası və iş mexanizmi haqqında məlumatlar olub.

“Ümid edirəm ki, mütəxəssisləriniz təqdim olunan nümunədən çox məmnundurlar və etibarımızı artırmaq üçün kiçik bir mübadilənin əhəmiyyətini başa düşürlər”, – yaddaş qurğusunda təqdim olunan məlumatda həmçinin qeyd olunub.

Oktyabrın 10-da ABŞ-da hərbi istintaq Conatan Toebini və onun həyat yoldaşı Diananı məxfi məlumatları başqa ölkəyə ötürməkdə ittiham edib.  Hər iki şəxsin fəaliyyəti məhkəmə tərəfindən sübuta yetirilərsə onları ömürlük həbs cəzası gözləyir.

Mənbə: Daily Mail

Источник: oxu.az

Оцените статью
Azərbaycan