Ərəblər əfsanəvi hücumçuya vəzifə verir

İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer klubun beynəlxalq səfiri vəzifəsini tuta bilər.

Bu barədə idman jurnalisti Nikola Skira məlumat yayıb.

Mənbə bildirib ki, klubun yeni sahibləri – Səudiyyə Ərəbistanı İnvestisiya Fondu artıq 51 yaşlı keçmiş futbolçu ilə danışıqlar aparır.

Qeyd edək ki, A.Şirer 1996-2006-cı illərdə “Nyukasl” da çıxış edib.

O, klubun heyətində keçirdiyi 405 oyunda 206 qol vurub.

Mənbə: Nikola Skiranın “Twitter” səhifəsi

Источник: oxu.az

Оцените статью
Azərbaycan