“Yaşıllar” Boris Consonun neftə bulaşmış heykəli ilə onun yolunu kəsdilər – FOTO

“Greenpeace” hərəkatının fəalları Britaniya Baş nazirinin iqamətgahı önündə etiraz aksiyası təşkil ediblər.

Onlar Boris Consonun neftə bulaşmış heykəli ilə iqamətgahın yerləşdiyi Dauninq-Strit küçəsini bağlayıblar.

Bu yolla “yaşıllar” ölkədə yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxıblar. Aksiya zamanı fəallar enerji qiymətlərinin yüksəlməsi fonunda ənənəvi mənbələrdən imtina etməyin və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

 

 
 

 

View this post on Instagram

 

 
 
 

 
 

 
 
 

 
 

Публикация от Greenpeace UK (@greenpeaceuk)

 

Источник: oxu.az

Оцените статью
Azərbaycan